Ötən ay Səudiyyənin Məkkə şəhərində yaranmış basabasda ölən zəvvarların İran boyunca dəfn mərasimləri keçirilib.
Tehran Universitetində keçirilən mərasimdə iştirakçılar “Səudlara ölüm” şüarları səsləndiriblər.
Oktybarın 3-də və 4-də İrana təyyarə ilə 210 İran zəvvarının meyitləri gətirilib.
İran Məkkədə baş vermis basabasa görə Səudiyyə hakimiyyətini ittiham edir və məhkəmə ilə hədələyib.
Səudiyyənin rəsmi məlumatına görə basabasda 769 zəvvar ölüb.
İran 464 nəfərlə bu fəlakətin ən ağır zərbə vurduğu ölkədir.