Rusiya Suriyanın mötədil müxalifətinin nümayəndələri ilə təmas qurub, lakin onların Azad Suriya Ordusunu təmsilçisi olduğuna əmin deyil və bu səbəbdən üçüncü ölkələrdən bu məsələ dair dəstək istəyib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiya Şurası beynəlxalq komitəsinin rəhbəri Konstantin Kosaçov bildirib.
Senatorun fikrincə, İŞİD-lə mübarizədə mötədil müxalifət nəzəri cəhətdən Rusiyanın müttəfiqi ola bilər. O qeyd edib ki, Rusiya təmasın qurulması ilə bağlı dəfə üçüncü ölkələrə bir neçə müraciət edib.