16 Oktyabr 2015 00:25
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

3-10 oktyabr tarixində Suriya səmasında Türkiyə və Rusiya hərbi təyyarələri 13 dəfə bir-birinə təhlükəli dərəcədə yaxınlaşıb. Musavat.com-un məlumatına görə, bu barədə Türkiyənin xarici işlər nazirinin müavini Əli Kamal Aydın bildirib.

“3-10 oktyabr tarixində Rusiya təyyarələri iki dəfə bizim hava məkanımız pozub, üç Rusiya təyyarəsi təhlükəli manevrlər edib, eyni müddətdə Rusiya təyyarələri 13 dəfə Türkiyə təyyarələrinə təhlükəli dərəcədə yaxınlaşması halı qeydə alınıb” – deyib diplomat.

Onu sözlərinə görə, ölkəsi Rusiya hərbi təyyarələri tərəfindən Türkiyə sərhədlərinin pozulması məsələsini şişirtmir və əlavə edib ki, heç bir ölkə başqa ölkənin hərbi təyyarəsinə öz hava məkanının pozmasına imkan verməz.


Müəllif: