26 Oktyabr 2015 08:33
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşada bazar günü parlament seçkiləri keçirilir.

Mühafizəkarlar 8 il müxalifətdə olduqdan sonra indi yenidən hakimiyyətə qayıda biləcəklərinə ümid edirlər.
Seçkilər ərəfəsində keçirilmiş rəy sorğularına əsasən, Jaroslaw Kaczynski-nin rəhbərlik etdiyi Qanun və Ədalət partiyası baş nazir Ewa Kopacz-ın rəhbərlik etdiyi Vətəndaş Platforması partiyasını xeyli qabaqlayır.
Qanun və Ədalət partiyasının namizədi Andrzej Duda may ayında keçirilmiş prezident seçkisində qalib gəlmişdi.

BBC müxbirinə görə, polşalıların çoxu yoxsulluq şəraitindən narazıdır, onlar mənfəətin ölkədə qeyri-bərabər tərzdə paylandığnı düşünürlər. Qanun və Ədalət partiyası daha çox kənd əhalisi və ölkənin Roma Katolik kilsəsi tərəfindən dəstəklənir.

Vətəndaş Platformasına daxil olan bir neçə nazrin adı isə qanunsuz yolla telefon danışıqlarının dinlənilməsi qalmaqalında çəkildiyindən, bu partiyanın adı daha çox tənqidi icmallarda hallanır. Cümə günü Ədliyyə nazirinin müavini Monika Zbrojewska içkili vəziyyətdə avtomobili idarə etdiyi zaman saxlanıldıqdan sonra, vəzifəsindən azad olunub.


Müəllif:

Oxşar xəbərlər