29 Oktyabr 2015 11:34
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Suriyada heç bir irəliləyişə nail olmayıb".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ xarici işlər nazirinin müavini Entoni Blinken deyib.

Onun sözlərinə görə, Rusiya Suriyada sabitlik yaradacaq gücdə deyil: "Rusiyanın İŞİD terror təşkilatına qarşı əməliyyatları Suriya böhranına heç bir təsir göstərməyib. Ölkədə sabitliyi bərpa etmək üçün keçid hökuməti qurulmalıdır".

Bu arada Suriya və Rusiya təyyarələri Dəməşqin Dara qəsəbəsi, Həma və Hums şəhərlərinə aviazərbələr endiriblər.

Qeyd edək ki, Suriya böhranı ilə əlaqədar sabah Avstriyanın paytaxtı Vyanada ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, Rusiya, İran və Misir nümayəndələrinin iştirakı ilə toplantı keçiriləcək.

Samir


Müəllif:

Oxşar xəbərlər