31 Oktyabr 2015 23:40
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə Rusiyaya məxsus “Airbus 321” təyyarəsinin qəzaya uğraması nəticəsində ölən sərnişinlərdən dördü Ukrayna vətəndaşıdır. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın XİN rəhbəri Pavel Klimkin bildirib.


“İnsanların ölümü ağırdır. Həmvətənlərin ölümü ikiqat ağırdır. Təyyarədə 4 Ukrayna vətəndaşı olub. Bunlar V.Saçuk, L.Movçanov, İ.Usatova və K.Usatovdur”, deyə o bildirib.


Bundan əvvəl ölənlər arasında 3 Ukrayna vətəndaşı olduğu bildirilmişdi.


Müəllif:

Oxşar xəbərlər