5 Noyabr 2015 13:49
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin cəhdləri nəticə verdi

PKK terror təşkilatının Suriya qolu olan Demokratik Birlik partiyasının (PYD) hərbi qanadı Xalq Müqavimət Hərəkatını (YPG) silahla təmin etməsi ilə bağlı Türkiyənin ABŞ-a göndərdiyi etiraz nəticə verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ YPG-yə silah-sursat verməkdən imtina edib. Bununla bağlı Pentaqonun rəsmi nümayəndəsi Albay Stiv Varren keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, bundan sonra göndərdiyimiz silahlar suriyalı müxaliflərə çatacaq: "Əsas siyasətimiz budur. Hazırda Türkiyənin narahatlığı ilə bağlı müzakirələrimizi davam etdiririk. Türkiyə İŞİD ilə mübarizə aparacağımız ən yaxın NATO üzvüdür".

Samir


Müəllif: