6 Noyabr 2015 10:49
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyaya getmək üçün Mərakeşdən Türkiyəyə gələn 41 nəfər saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi məlumat yayıb.

Bildirilir ki, Kasablanka şəhərindən gələn 40 mərakeşli və 1 suriyalının olduğu qrup Atatürk Hava Limanında həbs edilib.

Onların İŞİD terror təşkilatına qoşulmaq üçün Türkiyəyə gəldiyi məlum olub. Şübhəlilərdən 20-nin sabah Mərakeşə deportasiya ediləcəyi açıqlanıb.

Samir


Müəllif: