8 Noyabr 2015 20:38
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə naziri Eşton Karter Rusiyanı “nüvə silahı ilə oynamaqda”, mövcud dünya düzənini dəyişməyə cəhddə və strateji sabitliyi pozmaqda ittiham edib. Musavat.com-un məlumatına görə, bu barədə o, Kaliforniyada keçirilən konfransda çıxışı zamanı bildirib.

“Rusiyanın nüvə silahı ilə oynaması daha çox narahatlıq doğurur və onun liderlərinin strateji stabilliyə və nüvə silahının tətbiq edilməməsinə dair götürdükləri öhdəlikləri yerinə yetirmələri ilə bağlı suallar yaradır” – deyib Pentaqon başçısı.

Karter həmçinin, Kremli Ukrayna və Gürcüstanın suverenliyini pozmaqda, Baltik ölkələrini qorxutmaqda suçlayıb, Moskvanın Suriyada İŞİD əleyhinə əməliyyatının “Suriya konfliktinə yağ tökdüyünü” bəyan edib.

“Biz Rusiya ilə soyuq müharibəyə cəhd eləmirik – o ki ola qaynar müharibəyə. Biz Rusiyanın bizim düşmənimiz olmasını da arzulamırıq. Ancaq səhvə yol vermək olmaz”, - deyə hərbi nazir Kremlə xəbərdarlıq edib.


Müəllif: