18 Noyabr 2015 21:05
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın Basmannı rayon məhkəməsi Ruslan Muxudinovun qiyabi həbsi barədə hökm çıxarıb.

O, Rusiya siyasətçisi Boris Nemtsovun qətlinin istintaqı ilə bağlı qətl törətməkdə və qanunsuz silah dövriyyəsində ittiham olunub. Rusiya hüquq-mühafizə orqanları hesab edir ki, Muxudinov Rusiyadan qeyri-qanuni yolla, başqa pasportla çıxa bilərdi.

İstintaq onun BƏƏ-də gizləndiyini güman edir. Bu barədə məhkəmə qətnaməsinin oxunması zamanı hakim Natalya Dudar xəbər verib.
Muxudinov federal və beynəlxalq axtarışa verilib.

Məhkəmədə müstəntiq, Muxudinovun təqsirinin bu işlə bağlı müttəhimlərin verdikləri ifadələrində öz təsdiqini tapdığını bildirib. Eyni zamanda müttəhimin vəkili bildirib ki, həbs olunanlardan heç kim Nemtsovun qətlilə bağlı Muxudinova qarşı ifadə verməyib.

Onun sözlərinə görə, bəzi müttəhimlər qətllə bağlı naməlum "Rusik" adını çəkiblər, lakin onun tam adı və soyadı çəkilməyib. Bir müddətdən sonra isə müttəhimlər verdikləri ifadələrindən imtina ediblər.


Müəllif: