20 Noyabr 2015 18:41
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan ordusu ölkənin Nanqarhar şəhərində İŞİD terror təşkilatı döyüşçülərinin mövqelərinə hücum edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, toqquşmalar zamanı 12 terrorçu öldürülüb, 3-ü yerli qüvvələrin hərbçisi olmaqla, 8 nəfər həyatını itirib.

Bununla bağlı Əfqanıstan Müdafiə Nazirliyi açıqlama verib. Bölgədə əməliyyatların bir neçə gün davam edəcəyi gözlənilir.

Samir


Müəllif: