25 Noyabr 2015 19:38
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yerevanda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) müvafiq orqanlarının operativ tədbirləri nəticəsində Ermənistan ərazisində “ağır cinayətlər planlaşdıran mütəşəkkil cinayətkar qruplaşma təhlükəsizləşdirilib”, MTX-nin bəyanatında deyilir.

Yeddi kişi və üç qadın həbs olunub. Əməliyyat zamanı 9 nəfərin evdə olduğu bildirilir. Yerli informasiya vasitələrinə “sızan” məlumata görə, tutulub saxlananlar arasında xaricilər də olub. Qonşu evlərdə yaşayan sakinlər onların qərb erməni ləhcəsində (Türkiyə, Suriya, Livan...) danışdığını deyirlər.

Məlumata görə, hazırda xaricdə yaşayan keçmiş Yerevan sakini Artur Vardanyan 2015-ci ildə Ermənistana qayıdıb, “cinayətkar dəstə yaradıb və başçılıq edib”. Qruplaşmanın “bu məqsədlə” böyük sayda silah əldə edib Yerevanın Nork-Maraş rayonundakı icarə etdikləri evdə “gizlətdiyi” bildirilir.

“Noyabrın 25-də Ermənistan polisi ilə keçirilən birgə axtarış nəticəsində müxtəlif tipli avtomat silah, tapança, qumbaraatan, partlayıcı maddə və qurğular, hərbi geyim, zirehli jilet və rabitə vasitələri aşkar edilmişdir“, - MTX-nin məlumatında deyilir.

Cinayət işi açılıb, istintaq aparılır. Səhərdən Yerevanın mərkəzi küçələrində hökumət binaları ətrafında avtomatla silahlanmış polislər keşik çəkirdi.


Müəllif: