Rusiyanın Sankt-Peterburq şəhərində naməlum şəxslər polis maşınına atəş açıb.
Tleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə polis avtomobilinin inkasatoru müşayiət etdiyi zaman baş verib.
Şahidlərin sözlərinə görə, cinayətkarlar "Chevrolet Lanos" markalı avtomobildən atəş açıb. Hadisədən sonra hücum edən şəxslər qaçmağa nail olub. Hücum nəticəsində avtomobildə yanğın baş verib. Hadisə yerinə dərhal xilasetmə briqadası cəlb edilib.
Rəsmi məlumatlarda bildiirlir ki, hücum zamanı təhlükəsizlik işçilərindən biri həyatını itirib, digəri isə yaralanıb. Ölən şəhər polis idarəsinin polkovnik-leytenantı Anatoliy Y. olub.
Faktla bağlı araşdırmalar aparılır.
Samir