Terrorçularla mübarizə Avstriyanın paytaxtı Vyanada başladılan siyasi proseslərə uyğun aparılmalıdır.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri Ziqmar Qabriel bildirib. "Bu diplomatik prosesin artıq uğurları var, lakin terrorçuluqla mübarizə hələ uzun vaxt alacaq", - Almaniya hökumətinin nümayəndəsi deyib.
Eyni zamanda Z.Qabriel alman əsgərlərin İŞİD-ə qarşı mübarizə üçün Suriya və İraqa göndəriləcəyini istisna edib. Onun sözlərinə görə terrorçular məhz bu addımı gözləyirlər ki, "Qərbin müsəlmanlara qarşı savaşdığını" bəyan etsin, Avropadakı terror aktlarına bəraət qazandırsınlar.