Moskvada yerli sakinin miqrantlara özlərini məhəllədə sakit aparmaları barədə xəbərdarlığı ona baha başa gəlib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Özbəkistan vətəndaşı olan 2 nəfər 28 yaşlı rusu yerə yıxaraq döyüblər. Sonra bıçaqla başının dərisini ənsə hissəsindən soyublar.
Hadisənin şahidləri olan qonşular polis və təcili yardım çağırıblar. Yaralı ağır vəziyyətdə hospitala çatdırılıb.
Hadisəni törədən 50 və 44 yaşlı Özbəkistan vətəndaşları həbs edilib.