Rusiyanın Aralıq dənizinə yeni gəmilər göndərməsi Türkiyə Dəniz Qüvvələri Komandanlığını hərəkətə keçirib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "Milliyet" qəzeti məlumat yayıb.
Xəbərə görə, Rusiya Latakiyadakı aviabazası və Tartusdakı hərbi-dəniz bazasını daha da gücləndirib. Belə ki, bu hərbi bazalara 13 gəmi göndərilib. Həmin gəmilərdən 3-ü korvet, 2-si freqat, 2-si esmineç, 2-si sualtı gəmi, 1-i kəşfiyyat gəmisi, 3-ü isə yük gəmisidir.
Bildirilib ki, Türkiyə Moskvanın bu addımına qarşılıq olaraq, Aralıq dənizinə 13 döyüş gəmisini göndərib. Türkiyəli rəsmilərin sözlərinə görə, Gölcük donanmasından bir döyüş gəmisinin Aralıq dənizinə çatması üçün 18 saat vaxt tələb olunur.
Məlumatlara görə, hazırda dənizdə 12 ölkədən 36 döyüş gəmisi var.
ABŞ isə 9 döyüş gəmisini Aralıq dənizinə göndərib. Bundan başqa dənizdə Fransa, Rusiya, İngiltərə, Kanada, İspaniya, Belçika, Portuqaliya, Yunanıstan və Hollandiyaya aid döyüş gəmiləri də var.
Samir