Hər beşinci amerikalı borc içində ölür.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "MarketWatch" portalı "CreditCards.com" portalı və "Employee Benefit Research İnstitute"nin araşdırmalarına istinadən yayıb.
Araşdırmanın nəticələrinə görə, rəyi soruşulan amerikalıların 21 faizi ömürlərinin sonuna qədər kreditlərini bağlaya biləcəklərinə inanmırlar. Portalın analitikləri bildirirlər ki, bu göstərici il ərzində 3 faiz artıb.
"Employee Benefit Research İnstitute"dən bildirilib ki, işləyən amerikalıların 13 faizi, təqaüddə olanların isə 9 faizi borclarla bağlı ciddi problemlərinin olduğunu deyiblər. İşləyənlərin 38, pensiyada olanların 22 faizi borclarla bağlı xırda problemlərinin olduğunu deyib.
"CreditCards.com" bildirir ki, amerikalılarda bu cür neqativ trendin səbəbi ipoteka üzrə borclanmanın artması ilə bağlıdır.