Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu görüşüb.
Onlar Türkmənistanın paytaxtı Aşqabatda keçirilən beynəlxalq konfrans zamanı Türkiyənin təşəbbüsü ilə bir araya gəliblər.
Matvienko jurnalistlərə verdiyi açıqlamada, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə müzakirələr apardıqlarını, lakin söhbətinin məğzinin nə olduğunu deməyib.
Matvienko Çavuşoğlu ilə rəsmi ikitərəfli görüş keçirmədiyini, görüşün formal xarici mühitdə baş tutduğunu qeyd edib./ATV.az /