14 Dekabr 2015 00:12
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Texas ştatının Lafkin şəhəri yaxınlığında yük qatarının bir neçə vaqonu körpüdən aşıb.

"Report" xəbər verir ki, vaqonlar ştatda tüğyan edən şiddətli külək nəticəsində avtomobil yoluna düşüb.

Hadisədən dərhal sonra polis avtomagistralı və dəmir yolunu bağlayıb. Zərər çəkənlər barədə məlumat yoxdur.

Bundan əlavə, polis ağır hava şəraiti səbəbindən Texas sakinlərinə imkan daxilində səfərlərdən imtina etməyi tövsiyə edib.


Müəllif: