5 İyun 2014 23:03
3 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə Ukraynanın "FEMEN" qrupunun fəalları Vladimir Putinin mum heykəlinə hücum ediblər.

Teleqraf.com bildirir ki, fəallardan biri Rusiya prezidentinin mum fiqurunu döşəməyə yıxaraq başını sındırmağa çalışıb.

Hadisə Normandiyada ikinci cəbhənin açılışının 70-ci ildönümünə həsr edilmiş mərasimə Vladimir Putinin gəlişindən bir neçə saat əvvəl baş verib. Lüt halda muzeyə girən qızları polis binadan zorla çıxara bilib. Putinin mum heykəlinə ciddi ziyan dəyib.

Prezident Vladimir Putinin mum heykəlinin ətrafında İspaniya kralı Xuan Karlos, ABŞ prezidenti Barak Obama, Almaniyanın kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın mum fiqurları durur. /anspress/


Müəllif: