17 Dekabr 2015 18:51
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippini cənginə alan "Melor" qasırğası irimiqyaslı daşqınlara səbəb olub.

"Report" AFP-yə istinadən xəbər verir ki, qasırğa qurbanlarının sayı artıq 20 nəfərə çatıb.

Bazar ertəsi Filippin hökuməti ölkənin şərq sahillərində ən yüksək təhlükə səviyyəsində fırtına xəbərdarlığı elan edib, 800 minə yaxın adam evakuasiya edilib.

Ölkənin Dövlət Meteorologiya Xidmətinin məlumatına görə, "Melor" qasırğası Filippini tərk edib və özündən sonra ölkənin şimalında su altında qalmış əkinçilik sahələri buraxıb. Hazırda tayfun qasırğası Cənubi Çin dənizində irəliləyir.


Müəllif:

Oxşar xəbərlər