Türkiyə və İsrail silah tədarükünü, eləcə də kəşfiyyat informasiya mübadiləsini bərpa edə bilər.
Bunu Trend-ə İsralin "NATİV" xüsusi xidmət orqanının sabiq rəhbəri Yakov Kedmi deyib.
Onun sözlərinə görə, Türkiyə İsraillə münasibətləri bərpa etməklə laxlamış beynəlxalq vəziyyəti və ABŞ-la Avropada mövqelərini möhkəmləndirəcək: "İsrail üçün iqtisadi sifarişlər və "Azadlıq donanması" ilə bağlı bütün cinayət və digər işlərin dayandırılması sərf edir".