Fələstin prezidenti Mahmud Abbas Yunanıstana səfəri zamanı yunan həmkarı Prokopis Pavlopoulos və baş nazir Aleksis Tsiprasla görüşüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İsrail- Fələstin münasibətləri görüşlərin əsas müzakirə məsələsi olub.
Abbas İsrail işğalının Fələstində qeyri-sabitliyə yol açdığını deyib:"İsrail işğala dərhal son qoymalıdır. Bölgədə problemin həlli üçün beynəlxalq hüquqlar çərçivəsində danışıqlar aparmaq lazımdır. Fələstin probleminin həll edilməsi yolunda İsrail tərəfinə əməkdaşlıq üçün əlimizi uzadırıq. Yunanıstan tərəfi İsrail-Fələstin münasibətlərinin yaxşılaşmasında böyük rol oyanaya bilər".
Tsipras Mahmud Abbasın Afina səfərinin Fələstin probleminin həllinə təkan verəcəyini vurğulayıb.
Samir