3 Yanvar 2016 20:37
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının səfirliyinə hücum edənlər qanunsuz əməllərinə görə cəzalandırılmalıdır. Onlar İranın imicinə böyük zərbə vururlar.

Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə edilən hücumdan sonra deyib.

Qeyd edək ki, Şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına hücum edərək, bir neçə otağı darmadağın ediblər.


Müəllif: