4 Yanvar 2016 17:45
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranla diplomatik əlaqələri kəsən ölkələrin sayı üçə çatıb.

APA-nın Səudiyyə Ərəbistanının rəsmi informasiya agentliyi olan SPA-ya istinadən verdiyi məlumata görə, Sudan İranla diplomatik əlaqələri kəsib.

Sudan İranın Hartumdakı səfiri və diplomatlarının ölkədən çıxarılması, Tehrandakı səfirinin geri çağırılması barədə qərar qəbul edib.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanı və Bəhreyn İranla diplomatik əlaqələri kəsib, Birləşmiş Ərəb Əmirlikləri isə İranla diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması barədə qərar qəbul edib.


Müəllif: