8 Yanvar 2016 10:29
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Çanaqqala bölgəsində dəhşətli avtobus qəzası baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Suriya, Əfqanıstan və Myanma əsilli miqrantları qanunsuz yolla Yunanıstanın Midilli adasına aparan avtobus qarşıdan gələn mikroavtobusla toqquşub.

Hadisə nəticəsində ilkin ehtimallara görə, 4 nəfər həyatını itirib, 30-u yaralanıb. Qəzanın baş vermə səbəbləri məlum deyil.

Samir


Müəllif: