23 Yanvar 2016 18:26
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə Finlandiyada qaçqın statusu almaq istəyənlərin sayı ötən illərlə müqayisədə 850% artıb.

Bu barədə Finlandiya Miqrasiya Xidməti məlumat yayıb.
Məlumata görə, 2015-ci ildə qaçqın statusu almaq üçün 32 476 nəfər ərizə ilə müracət edib.

Payızda xidmət həftədə təxminən 4 min qaçqını qeydiyyata salıb. Bu rəqəm isə əvvəlki dövrlərdə illik göstərici olub.

Miqrasiya Xidməti sığınacaq axtaran şəsxlərlə bağlı vəziyyətə nəzarət etdiyini də açıqlayıb. Üstəlik, idarədə ərizələrə baxılmasını iki dəfə sürətləndirmək fikrindədirlər.(report)


Müəllif: