1 Fevral 2016 17:21
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan yan keçməklə Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan marşrutu ilə hərəkət edən sınaq qatarı Çinə çatıb.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb:

"Qatar yanvarın 31-i gecə saatlarında "Balxaş" stansiyasına çatıb. Heç bir ləngimə olmayıb".

Qeyd edək ki, 10 vaqon və 20 ədəd qırx futluq konteynerdən ibarət sınaq qatarı Ukraynanın İliçevsk limanından yanvarın 15-də yola salınmış və yanvarın 22-də Ələtdə yerləşən Bakı Limanının Bərə Terminalına çatmışdı.

Samir


Müəllif:

Oxşar xəbərlər