Avstrayada yaşayan və rəfiqə olan iki yeniyetmə qız Suriyaya gedib.
ANS PRESS-in məlumatına görə, 15-16 yaşlarında olan Sabina Səlimoviç və Bosniya əsilli Səmra Kesinoviç adlı qızların Suriyaya döyüşməyə getdikləri bildirilir.
Ailələri tərəfindən qızlar barəsində İnterpol yolu ilə beynəlxalq axtarış elan edilib. Aprelin 10-dan etibarən yoxa çıxan Bosniya əsilli qızların Türkiyə üzərindən Suriyaya gedikləri bildirilir. Evlərini tərk edən qızlar ailələrinə məktub da yazıblar. Məktubda isə onların Suriyadakı cihada qoşulmağa getdiklərini qeyd ediblər:
“Biz Suriyaya gedirik. Cənnətdə görüşərik”.
Bir müddət sonra qızların Suriyada çəkdirkiləri fotoları da internetdə yayımlanıb. Video “Bu günə qədər Allah bizə Vyanada yaşamaq fürsətini verdi. Ancaq biz artıq Suriyada olmalıyıq. Allah bizi buraya çağırırdı”, deyə şərhlə paylaşılıb.