8 Fevral 2016 21:22
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə Almaniya Kansleri Angela Merkelin görüşündə Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, görüşün yekunları üzrə birgə mətbuat konfransında çıxış edən Ə.Davudoğlu deyib ki, regionda sabitlik Türkiyə üçün olduqca vacib məsələlərdən biridir.

Tərəflər Suriya böhranı və problemin nizamlanması yollarını da müzakirə ediblər.

Qeyd edək ki, A.Merkel Türkiyədə rəsmi səfərdədir.


Müəllif:

Oxşar xəbərlər