10 Fevral 2016 16:22
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkeri Avropa Birliyinin Ankaranın şərtlərinə əməl etməyəcəyi təqdirdə bütün miqrantlara sərhədlərini açacağı və Avropaya qaçqın axınını gücləndirəcəyi ilə hədələyib".

Teleqraf.com xəbər verir ki, bununla bağlı Almaniyanın "Der Şpiegel" jurnalı iddia irəli sürüb:

"Ərdoğan Yukerdən sövdələşmənin məbləğini soruşub. Yuker Ankaranın iki il müddətində 3 milyard avro alacağını deyib. Ancaq Ərdoğan bununla razılaşmayıb və hər il ərzində 3 milyard avro tələb edib".

Türkiyə prezidenti əlavə edib ki, bu sövdələşmədə Ankara deyil, Avropa Birliyi maraqlı olmalıdır və onun ölkəsi miqrant problemini tez bir zamanda həll etmək gücünə malikdir. Ərdoğan Yukeri sərhədləri açıb, miqrantları avtobuslarla Yunanıstan və Bolqarıstana göndərməklə təhdid edib. Ərdoğan aydın formada dedi ki, bu sövdələşməyə razılıq verməsə, Avropanı çoxlu problemlər gözləyir:

Əgər sövdələşmə baş tutmasa Avropa nə edəcək? Onları öldürəcək. Türkiyə sahillərində Aylanların sayı artacaq. Siz bunun qarşısını necə alacaqsız?!"

Jurnalda dərc olunan məqalədə bildirilib ki, hazırda Türkiyə Avropa və miqrantlar arasında sədd rolunu oynayır. Bu vəziyyətdə Türkiyə prezidenti şərtlərini irəli sürə bilər.

Samir


Müəllif:

Oxşar xəbərlər