24 Fevral 2016 17:02
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Wikileaks" saytının dünən dərc etdiyi materialdan sonra İtaliya ilə ABŞ arasında siyasi gərginlik yaranıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik İdarəsinin İtaliyanın 2011-ci il dönəmində prezidenti Silvio Berluskonini dinləməsi ilə əlaqədar Vaşinqtonun bu ölkədəki səfiri Con Filips İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bununla bağlı İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, "Wikileaks" saytının iddiaları İtaliya hökuməti və müxalifətində kəskin etirazla qarşılanıb: "Məsələ ilə bağlı Roma hökuməti ABŞ tərəfindən açıqlama tələb edir".

Con Filipsi nazirlikdə İtaliya XİN rəhbərinin müavini Mişel Valensis qarşılayıb. Səfir məsələ ilə bağlı ABŞ-da araşdırmaların başlandığını bildirib. O qeyd edib ki, ABŞ İtaliya ilə münasibətlərə böyük önəm verir.

Berluskoninin təmsil olunduğu "İtaliya üçün irəli" partiyasının sədr müavini Renato Brunetta 2011-ci ildə Berluskoniyə sui-qəsd edildiyi, lakin bununla bağlı araşdırma aparılması təklifinin həm Renzi, həm də Renzidən əvvəlki Enriko Letta hökuməti tərəfindən rədd edildiyini deyib.

Senatın xarici işlər komisiyasının rəhbəri Piyer Ferdinando Kasini də məsələyə münasibət bildirib: "Dostlar bir-birini dinləməz, hörmət edər. Xarici İşlər Nazirliyi ABŞ səfirini çağırmaqda doğru addım atıb".

Qeyd edək ki, "WikiLeaks" saytının yaydığı məlumata görə, ABŞ Milli Təhlükəsizlik Agentliyinin uzun müddət ərzində BMT Baş katibi Pan Gi Munun, Almaniya Kansleri Angela Merkelin, İsrail Baş naziri Binyamin Netanyahunun, İtaliyanın sabiq baş naziri Silvio Berluskonin və Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin telefon görüşlərini dinləyib.

Samir


Müəllif:

Oxşar xəbərlər