28 Fevral 2016 01:37
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ polisi Vaşinqton ştatında uşaqları qətlə yetirən şəxsin kimliyini müəyyənləşdirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, qatil 51 yaşlı Devid Ueyn Kembeldir. Onun qonşusu Cek Piqottun sözlərinə görə, 5 ildir ki ailə həyatı qurmuş Devid Kembelin həyat yoldaşının əvvəlki nikahdan oğulluğa götürdüyü 2 oğlu və 1 qızı olub. Onun sözlərinə görə, oğlanlar Rusiyadan, qız isə Çindən olub.

Piqott, həmçinin, Devid Kembelin qızdırıcılar və kondisionerlərlə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, Devid Kembel bir müddət əvvəl məlum olmayan səbəbdən xəstəxanaya yerləşdirilmişdi.


Müəllif:

Oxşar xəbərlər