"Türkiyə XİN Vorkutda "Şimal" mədənində baş verən qəza və xeyli sayda insanın həlak olması ilə əlaqədar rus xalqına başsağlığı verir".
Teleqraf.com-un "Ria Novosti"yə istinadən xəbərinə görə, bu barədə bu gün Türkiyə XİN-in yaydığı açıqlamada bildirilir.
Qeyd edək ki, Vorkutda 748 metr dərinlikdə yerləşən mədəndə fevralın 25-də uçqun baş verib. Hadisəzamanı orada 110 fəhlə işləyirmiş. Onlardan 80 nəfəri xilas edilib. Hadisə nəticəsində 36 nəfərin həlak olduğu bildirilir.
Nihad