Avropa İttifaqıının Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçə qarşı sanksiyaların uzadılmasına dair qərarı qüvvəyə minib.
Bu barədə Trend "Avropa İttifaqının rəsmi jurnalı" saytına istinadən xəbər verir.
Dövlət vəsaitlərinin israfçılığında ittiham olunan V.Yanukoviç və Ukraynanın diqər 15 keçmiş məmurlarına qarşı sanksiyalar 1 il müddətinə uzadılıb. Onların xaricdəki hesabları isə dondurulmuş vəziyyətdə qalacaq.
Xatırladaq ki, bir necə gün öncə sabiq prezidentin vəkili Vitali Serdyuk bildirib ki, V.Yanukoviç Ukraynaya qayıtmaq niyyətindədir.
Vəkil qeyd edib ki, hazırda V.Yanukoviç beynəlxalq axtarışda deyil və azad şəkildə bütün dünya üzrə hərəkət edə bilər: "Amma sabiq prezidentin həyatı təhlükə altındadır. Ukraynanın aidiyyəti orqanları V.Yanukoviçə qarşı həyata keçirilmış sui-qəsd üzrə istintaqı aparmır və sui-qəsdin təşkilatçılarını cinayət məsuliyyətinə cəlb etmirlər".
V.Serdyuk onu da bildirib ki, V.Yanukoviç prezident vəzifəsindən imtina etməyib və özünü ölkə rəhbərliyindən kənarlaşdırmayıb.