18 Mart 2016 22:39
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın şiə lideri Müqtəda əs-Sədr tərəfdarlarını "sivil itaətsizlik" aksiyasını davam etdirməyə çağırıb.


Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, lider yazılı açıqlamasında bildirib ki, müdafiə və daxili işlər nazirliyindəki dostlarla həmrəy olaraq aksiya davam etdirilməlidir.

"Bu gün aksiyanın addımını atdız. Aksiyamız şərəfli addımdır. Qardaşlıq, sülh və əminamanlıq üçün yeni parlaq səhifə açdız. Bunu iraqlılar olaraq unutmayacağıq."

Sədr tərəfdarları hökumətin etirazlarına baxmayaraq Bağdadın daim nəzarət altında olan Yaşıl Bölgənin ətrafında sivil itaətsilik aksiyasına başlayıb.

Qeyd edək ki, Müqtəda əs-Sədrin 2003-cü ildə yaratdığı “Mehdi Ordusu” ABŞ qoşunlarının işğalına qarşı mübarizə aparan əsas qüvvələrdən biri olub.

Şeyxin tərəfdarları 2008-ci ildə silahlı mübarizəni dayandırıb. 2011-ci ildə isə Müqtəda əs-Sədr tərəfdarlarını amerikalıların İraqı tək etməsinə mane olmamağa çağırıb.


Müəllif: