Suriya dövlət televiziyası ölkə prezidenti Bəşər Əsədə tabe ordunun tarixi Palmira şəhərinə daxil olduğunu təsdiqləyib.
Teleqraf.com-un məlumatına görə, dünən Əsəd qüvvələri ötən ilin may ayından bəri İŞİD-in ələ keçirdiyi Palmira şəhərinə doğru irəliləsə də, şəhərə tam hakim ola bilməmişdi. Suriya dövlət televiziyası Palmira şəhərinin bu gün Suriya hökumətinin nəzarətinə keçdiyini açıqlayıb.
UNESCO -nun Mədəni İrs Siyahısına daxil edilən Palmira şəhəri qədim dünyanın ən mühüm mədəniyyət mərkəzlərindən biridir. İŞİD bu müddət ərzində antik şəhərdəki 2 min illik məbədlərə və bir çox heykələ zərər vurub.
Nərgiz