Suriya prezidenti Bəşər Əsədə məxsus qüvvələr İŞİD-in nəzarətindəki qədim Palmira şəhərini tamamilə geri qaytarıb.
Teleqraf.com türk mətbuatına istinadən xəbər verir ki, dünəndən etibarən şəhərin bir qismini ələ keçirən qüvvələr bu sabah şəhəri tamamilə azad ediblər.
Xatırladaq ki, YUNESKO-nun siyahısına alınan Palmira keçən ilin may ayında İŞİD tərəfindən ələ keçirilmişdi. Terror qruplaşması şəhərin tarixi abidələrinə şəkildə zərər vurmuşdu.
Bəkir