Nüvə Təhlükəsizlik Sammitində iştirak etmək üçün ABŞ-a səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında görüşün olmayacağı iddia edilirdi.
Teleqraf.com xəbər verir ki, iddialara münasibət olaraq Ağ Evdən cavab gəlib.
Cavabda qeyd olunur.
"ABŞ prezidenti Barak Obama ilə cənab Ərdoğan arasında bu həftə Vaşinqtonda qeyri-rəsmi görüşün olacağı gözlənilir".
Qeyd edək ki, buna qədər “The Wall Street Journal” nəşri iddia etmişdi ki, ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla şəxsi görüşdən imtina edib.
Ayxan