12 Aprel 2016 12:55
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Petro Poroşenkonun bloku" fraksiyası baş nazir postuna Vladimir Qroysmanın namizədliyini dəstəkləyib.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu fraksiyanın iclasının yekunlarına dair açıqlama verən Ali Radanın deputatı Aleksey Qonçarenko deyib:

"Biz Qroysmanın namizədliyini dəstəklədik. Bundan başqa, Sergey Mişenkonu fraksiyamıza qəbul etdik. Bununla fraksiyanın üzvlərinin sayı 226 oldu. Hazırda koalisiya elan ediləcək. Daha sonra koalisiyanın iclasında Qroysmanın namizədliyi müzakirə ediləcək. Koalisiyanın iclası yerli vaxtla 12:00-a nəzərdə tutulub. Bundan əvvəl isə Yatsenyukun istefası müzakirə ediləcək".

Samir


Müəllif:

Oxşar xəbərlər