15 Aprel 2016 14:04
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və Ukrayna prezidenti Petro Poroşenko arasında üçtərəfli telefon danışığı olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, danışıqlarda Ukrayna yeni hökumətin formalaşması əsas müzakirə mövzusu olub:

"Olland və Merkel Poroşenkoya və yeni baş nazir Vladimir Qroysmana dəstəyini ifadə edib. Onlar Poroşenkonu Ukraynada islahatları sürətləndirməyə çağırıb. Həmçinin, müzakirələr zamanı Minsk öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb".

Samir


Müəllif:

Oxşar xəbərlər