19 Aprel 2016 23:09
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama 11 sentyabr terror hadisələrində Səudiyyə Ərəbistanın rolunun olması barədə Konqresin təklif etdiyi qanun layihəsinə veto qoyub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, layihə qəbul olunsaydı Ər-Riyada qarşı cinayət işi açıla bilərdi.

“CBS This Morning” proqramında aparıcı Çarli Rozun suallarını cavablandıran Obama 2011-ci il 11 sentyabr olaylarında Səudiyyə Ərəbistanın rolunun olması barədə qanun layihəsinə qarşı çıxdığını qeyd edib: "Bu, ABŞ-ın digər ölkələrlə münasibətlərinə necə yanaşdığının göstəricisidir. Əgər ABŞ başqa ölkələrə qarşı cinayət işi açarsa, bu qarşılıqlı hal olacaq".


Müəllif:

Oxşar xəbərlər