21 Aprel 2016 22:36
2 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı oliqarx Anatoli Arzimanov maşınını düzgün park etməyən sürücünün üzərinə hücum edib.

Teleqraf.com xarici mediaya xəbər verir ki, hadisə Yaroslav bölgəsində baş verib. "Pivə kralı" kimi tanınan oliqarx evinin hasarı yanında maşın saxlayan sürücüyə etirazını bildirib. Bununla ürəyi soyumayan Arzimanov sürücünün boğazından tutub və cibində gəzdirdiyi silahı ona tərəf tuşlayıb.

Ancaq oliqarx gənci öldürməkdən vaz keçib və onunla əlbəyaxa olub. Araşdırmalar zamanı məlum olub ki, insidentdən əvvəl sürücü maşınının təkəri nasaz olduğu üçün avtomobili orada saxlayıb. Hazırda Arzimanovla bağlı cinayət işi başlanıb.

İnsidentin videosunu təqdim edirik:

Elvin


Müəllif:

Oxşar xəbərlər