Suriyadakı böhranla bağlı Vyanada toplantı keçiriləcək.
Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, Suriya müxaliflərindən ibarət Ali Dialoq Komitəsinin təşkilatçılığı ilə Vyanada toplantı keçiriləcək. Komitənin nümayəndəsi Salim el-Muslat ABŞ və Rusiyanın həmsədri olduğu Suriyaya Beynəlxalq Dəstək Qrupunun Vyanada toplantısının keçiriləcəyini bildirib.
Salim el-Muslat hesab edir ki, Əsəd rejimi dialoq məsələsində səmimi deyil: "Əsəd səmimi olsaydı hər gün günahsız insanları öldürməzdi, repressiya həyata keçirməzdi: "Həbsdə 150 minə yaxın günahsız insan var, hər gün onlarla məhbus edam edilir. Əgər Əsəd rejimi uşaq və qadınları buraxarsa Cenevrədə danışıqlara qoşulmağa hazırıq. BMT-in Suriya təmsilçisi De Mistura və heyəti gedib Suriyada sorğu keçirsin. Heç kəs Əsədi istəmir. Buna görə də, Əsədin getməsini istəmirik".
Ayxan