23 Aprel 2016 10:49
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Angela Merkel və Avropa Şurasının rəsmiləri Türkiyəyə səfər edəcəklər.

Teleqraf.com-un məlumatına görə, kansler Türkiyə-Suriya sərhədi yaxınlığında Qaziantəp şəhərində yerləşən qaçqın şəhərciyinə baş çəkəcək. Merkellə birgə Türkiyəyə Avropa Şurasının prezidenti Donald Tusk və vitse-prezidenti Frans Timmerman da səfər edəcəklər.

Almaniya hökumətinin başçısı Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşəcək və Avropa ölkələrinə axın edən miqrantların məsələsini müzakirə edəcək.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər