7 May 2016 12:56
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Müdafiə Nazirliyi Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində yerləşdirdiyi hərbi hissələrin canlı qüvvə təminatı ilə bağlı ciddi problemlərlə üzləşib. Bu səbəbdən də Dağlıq Qarabağa "könüllülər" adı ilə muzdlularla yanaşı, səhhətlərinə görə hərbi xidmətə yararlı olmayan şəxslər də göndərilir.

Ermənistanın Araqaston rayonunun Çarçakis kənd sakini, milliyyətcə yezid olan Tosun Amoyan da əlil olmasına rəğmən, Dağlıq Qarabağa hərbi xidmətə göndərilib.

Onun ciddi cərrahiyyə əməliyyatına ehtiyacı olmasına rəğmən, nə əməliyyat olunub, nə də Amoyan müvafiq müalicə alıb.

Yerevandakı "Epress" Müstəqil Jurnalistlər Şəbəkəsinin verdiyi məlumata görə, bu barədə Ermənistandakı yezidlərin "Sincar" Milli Birliyi məlumat yayıb.

Hələ bu ilin martın 15-də "Sincar" Ermənistanın müdafiə naziri Seyran Ohanyana müraciət edərək T.Amoyanın səhhətində problemlər olduğunu bildirmişdi. Bir neçə müraciətdən sonra T.Amoyan İrəvandakı Mərkəzi Kliniki Hərbi Hospitala yerləşdirilib. 10 günlük "müalicə"dən sonra əsgəri hərbi hissəyə qaytarıblar. Əsgərin atası Rzqan Amoyanın dediyinə görə, oğlunun qollarında problemlər var.

"O, ağır əşyalar qaldıra bilmir. Oğlum hərbi xidmətdən yayınmır. Yeganə istədiyim onun əməliyyat olunmasıdır. Oğlum hələ hərbi xidmətə çağırılmazdan əvvəl cərrahiyyə əməliyyatına ehtiyacı vardı. Amma çağırış məntəqəsində oğlumun problemlərinə fikir vermədilər. Tosunu müayinə üçün xəstəxanaya yolladılar, orada da "heç bir problem yoxdur" dedilər. Tosunu müalicə üçün Marqaryandakı xəstəxanaya apardım. Lakin 10 gün sonra onu hərbi xidmətə apardılar", - R.Amoyan deyib. //Milli.Az


Müəllif:

Oxşar xəbərlər