Polşada qatar maşinisti onlarla insanın həyatını xilas edib.
Teleqraf.com xəbər verir ki, sürücü relslərin üstündə hərəkətsiz dayanan yük avtomobili görsə də dayanmamaq qərarı verib. Toqquşmaya 3 saniyə qalmış maşinist yerindən sıçrayaraq sərnişinlərə yerə uzanmaqlarını tapşırıb. Saatda 100 km sürətlə hərəkət edən qatar yük avtomobili ilə toqquşsa da relsdən çıxmayıb və normal sürətlə yoluna davam edib.
Mütəxəssislərin fikrinə görə maşinist ən doğru qərarı verib. Döngədə bu sürətlə hərəkət edən qatarda əyləc sıxılaydı qatar relsdən çıxa bilərdi. Bu da çox sayda insanın tələfatı ilə nəticələnərdi.
Yusif