ABŞ prezidenti Barak Obama Cümhuriyyət Partiyasının namizədi Donald Trampın müsəlmanlarla bağlı fikirlərini sərt tənqid edib. Teleqraf.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, Obama Nyu Cersey ştatındakı Rutgers Universitetindəki məzunlarla vida görüşünə qatılıb. Prezident çıxışında Trampı tənqid edib.
"Müsəlmanları aşağılamaq, təcrid etmək, onların ölkəyə buraxılmasına fərqli qaydalar tətbiq etmək təkcə şəxsimizə qarşı xəyanət deyil, eyni zamanda kənardakı dostlarımızı bizdən uzaqlaşdıracaq. Müsəlmanların qarşısına divar çəkmək problemi həll etməyəcək, iqtisadiyyatımızı canlandırmayacaq, təhlükəsizliyimizi təmin etməyəcək. İnkişaf etmək istəyiriksə digərlərin də inkişafına nail olmaq lazımdır".
Ayxan