İnstaqramda müxtəlif formada şəkillərini yayımlayan 8 iranlı saxlanılıb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Tehran polisi internet üzərində hicab olmadan şəkil paylaşan şəxslərə qarşı əməliyyat keçirib.
Saxlanılan şəxslərin hamısı gənc qızlardır. Məlumatlara görə, əməliyyat nəticəsində aralarında 59 fotoqraf və qrim ustası, 58 model, 51 moda salonu rəhbəri olmaqla 170 nəfər və iki təşkilat müəyyən edilib: “Onlarla bağlı araşdırmalar davam edir. Həbs olunan 8 nəfərin isə əməli sübuta yetirilərsə, onları həbs və ya edam cəzası gözləyir”.
Elvin