Bağdadda törədilmiş 4 partlayış nəticəsində 60-dan artıq adam həlak olub.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, partlayışlardan üçünün hədəfi əsasən şiələrin yaşadığı rayonlar olub, dördüncü partlayış qarışıq sünni-şiə ərazisində törədilib.
Özünü İslam Dövləti (İD) adlandıran qrup indiyədək hücumlardan yalnız birinə görə məsuliyyəti üzərinə götürüb.
Həkimlərin bildirdiyinə görə, çərşənbə axşamı 3 bazar və 1 restoranda törədilmiş partlayışlar nəticəsində ümumilikdə 100-dən çox mülki adam yaralanıb.
Bağdadda BBC müxbiri Jim Muir-in qeyd etdiyinə görə, bir həftədən də az müddət ərzində İraq paytaxtında 2-ci dəfədir partlayışlar törədilir.
İraq rəsmiləri və İD qrupu ilə vuruşan Qərb koalisiyası hesab edirlər ki, döyüş meydanında mövgeyi zəifləyən İD qrupu mülki əhalinin yaşadığı əraziləri öz hücumları üçün hədəf seçməyə başlayıb.